Fizuli Fezli
Qelbin Sesi
visibility
30 Okunma
Keçib gedən,zaman deyil ömürdü
Zaman necə bu ömrümü sömürdü
Kimə inandımsa aldandım,yandım
Bir vaxt yanan ürəy indi kömürdü
Baş açmadım bu fitnədən,kələydən
Əfsus ola keçmədim mən ələydən
Sol çiynimdə mələk elə yorulub
Artıq kömək istəyir sağ mələydən
Qəflət yuxusunda yatdım
Saysız çirkablara batdım
Saxta eşq adlı həvəsə
Rəbbim-saf eşqini satdım