Fizuli Fezli
Ya Muhammed
visibility
58 Okunma
Eşqisən saf təmiz ürəklərin
Tacısan ərşidə mələklərin
Ətrisən güllərin,çiçəklərin
Parlayan günəşisən göylərin
Sən mənim eşqimin Sultanısan
Rəbbimin qəlbimə ehsanısan
Fəzlinin dərdinin dərmanısan
Ruhumun sevgili Cananısan
Sənin eşqinlə yaşıyıram mən
Səni qəlbimdə daşıyıram mən
Olub eşqinlə ürəyim məbəd
Səni çox sevirəm Ya Muhamməd