Bu ilahiyi uygulamada oku! Çevrimdışı erişim ve daha fazlası.

İndir
Seyyid Taleh Boradigahi

Zeynebin Qurbanları

visibility 18 Okunma
Zeynəbin qurbanların qardaş amandır, sal yola Eyləmə məyusidir başə dolandır, sal yola Rahi eşqə yox bulardan qeyri zadi rahilə Zeynəbi məzluməni gəl naümüd etmə belə Bəndəqani Əkbərə ver izni cəng azad elə Zeynəbə bu mərhələ xoş imtahandır, sal yola Bu iki gül yadigari Cəfəri Təyyaridir Fi səbilillah həmişə talibi peykaridir Gər bular nəvvadeqani Heydəri Kərraridir Bunlara şəhdi şəhadət nuşi candır, sal yola Zeynəbəm, cəngi təvəssül vurmuşam damanına Mən səni yalqız görüb, şövqilə gəldim yanına Olsa min oğlum, fəda qıllam bu yalqız canına Çün bu sevda iftixari cavidandır, sal yola Şənivə gərçi bular layiq deyillər ya Hüseyn Töhfeyi dərvişi şah rədd eyləməz əmma Hüseyn Sərbülənd eylə məni sən bil anam Zəhra Hüseyn Qıl təsəddüq başə qardaş az yubandır, sal yola Bunlara məşqi cidalo-cəngi mən öyrətmişəm Məktəbi dəva seçib çox fəslo-fənn öyrətmişəm Hər birinə dərsi cəngi tənbətən öyrətmişəm Yatmayıbdır sübhə tək dərsi rəvandır, sal yola

Paylaş ve Destekle

chat share